Varan İtaliya klubuna keçməyə yaxındır

“Mançester Yunayted”dən ayrılan Rafael Varan karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, fransalı müdafiəçi “Komo” ilə danışıqlar aparır. Bu barədə AS nəşri məlumat yayıb. Tərəflər arasında görüşmələrin son mərhələdə olduğu vurğulanıb.

Varan daha əvvəl “Lans”, “Real”, “Mançester Yunayted”də çıxış edib. “Komo”nu ötənlərin tanınmış futbolçusu Sesk Fabreqas çalışdırır.