VAR sisteminin tətbiqi dayandırıla bilər – səsvermə olacaq

İngiltərə Premyer Liqasında VAR sistemi ləğv edilə bilər.

Futbolpress.az xəbər verir ki, “Vulverhempton” klubu sistemin tətbiqinin dayandırılması ilə bağlı yarışın rəhbərliyinə rəsmi müraciət edib.

İyunun 6-da klublar VAR-ın ləğvi ilə bağlı səsvermədə iştirak edəcək. 20 komandadan 14-ü bundan yana olsa, VAR yeni mövsümdən tətbiq edilməyəcək.