VAR-dan narazılıq: “Bunu qəbul etmək çox çətin idi”

İngiltərəli keçmiş hakim Mayk Din Video Köməkçi Hakim (VAR) sistemi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, sabiq referi VAR-ın hakimlərin işini çətinləşdirdiyini deyib:

“VAR futbolu, işimizi çətinləşdirdi. Premyer Liqada 15 il hakimlik etdim və sonra kimsə qulağıma səhv etdiyimi deməyə başladı. Bunu qəbul etmək çox çətin idi. VAR sistemini bəyənmirdim və hamı bunu bilirdi. Düşünürəm ki, indi nə futbolçular, nə azarkeşlər, nə də hakimlər bunu bəyənir”.

Mayk Din 2022-ci ildə hakimlik karyerasını bitirib. O, 2000-ci ildən Premyer Liqa oyunlarına təyinat alıb.