Bundan sonra məşqçilər hakimlərdən VAR-a baxmağı tələb edə bilərlər.
Futbolpress.az xəbər verir ki, bu barədə qərar Tailandın paytaxtı Banqkokda təşkil olunan 74-cü Konqresində verilib.
Hazırda test mərhələsində olan prosedur çempionatlarda tətbiq edildikdən sonra məşqçilərin hakimdən 2 dəfə VAR-a baxmağı tələb etmək haqqı olacaq.
FIFA prezidenti Canni İnfantinonun sözlərinə görə, sistem daha əlçatan olacaq:
“Daha az kameralarla və hakimlərlə əlçatan sistem yaradılacaq. Məqşçilər iki dəfə VAR-a baxmağı tələb edə biləcəklər. Əgər məşqçinin tələbi qəbul olunarsa, onun iki haqqı yerində qalacaq. Yox, hakim öz qərarında qalsa, məşqçinin bir imkanı gedəcək”.
İngiltərə başda olmaqla bir neçə ölkə VAR-dan imtina etməyə hazırlaşır. Premyer Liqa klublar iyunun 5-də məsələni səsverməyə çıxaracaqlar.