Van Persinin təyinatı rəsmiləşdi

“Feyenoord”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Robin van Persiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

41 yaşlı mütəxəssis son olaraq “Heerenven”ə rəhbərlik edirdi. O, 2020-2024-cü illərdə “Feyenoord”un aşağı yaş qruplarında işləyib.