“Heerenven”in baş məşqçisi Robin van Persi açıqlama verib.
Futbolpress.az xəbər verir ki, futbolçu karyerasında 11 il “Arsenal”da çıxış etmiş sabiq hücumçu məşqçi kimi London klubunda işləmək istəmədiyini deyib:
“Arsenal”da işləməyi düşünmürəm. Mənim üçün o qapılar bağlanıb. Futbolçu olan vaxt “Arsenal”dan “Mançester Yunayted”ə keçidim azarkeşlərdə böyük qəzəb yaradıb. Futbolda nələr olacağını bilmirik, amma bu məsələ hələ də fanatlar üçün həssasdır”.