Van Daykla yeni müqavilə

Vircil van Daykın “Liverpul”la yeni müqavilə imzaladığı məlum olub.

Futbolpress.az xəbər verir ki, mənbənin sözlərinə görə, 33 yaşlı oyunçu 2027-ci ilin yayına kimi “Liverpul”da qalacaq. Yeni müqavilədə onun ləğvi və ya təzminatla bağlı bənd yoxdur.

Kapitanın maaşı həftədə təxminən 400.000 funt sterlinq olaraq qalıb. Fərdi nailiyyətlərdən çox komandanın uğurundan asılı olacaq bonuslar da sözləşməyə daxildir.

Niderland millisinin üzvü 2017-ci ildən mersisaydlıların heyətində çıxış edir.