“Liverpul”un futbolçusu Vircil Van Dayk açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın kapitanı “Liverpool Echo” portalına açıqlamasında Premyer Liqadakı çempionluq yarışından danışıb:
“Düzdür, xal baxımından öndəyik, ancaq iki dəfə oxşar situasiyada çempionluğu itirmişik. Bütün diqqətimizi oyunlara vermişik. Matçdan matça düşünürük. Mayın ayında nə olacağını fikirləşmirik. Titul qazanmaq istəyirik, amma çətin olacağını bilirik”.
“Liverpul” Premyer Liqada 39 xalla liderdir.