Van Dayk: “Müəyyən irəliləyiş var”

Niderlandlı futbolçu Vircil Van Dayk “Liverpul”la müqaviləsini uzada bilər.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. Bu barədə oyunçu özü açıqlama verib:

“Danışıqlar davam edir. Müəyyənn irəliləyiş var. Lakin bunlar daxili məsələlərdir və nələr olacağını görəcəyik”.

Van Dayk bu mövsüm 43 oyunda 3 qol vurub, 1 məhsudar ötürmə edib. Onun müqaviləsi yaya kimidir.