“Liverpul”un futbolçusu Vircil Van Dayk açıqlama verib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi klubdakı taleyindən danışıb:
“Bu klubu sevirəm. Düşünürəm ki, daha 3-4 il yüksək səviyyədə oynaya bilərəm. Gələcəkdə necə olacağını görəcəyik”.
Van Daykın klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır. O, bu mövsüm Premyer Liqada 16 oyunda meydana çıxıb.