Valverde üçün 100 milyon

“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, Madrid klubu bu yay uruqvaylı futbolçusunu satmağa qərar verərsə, “qırmızı şeytanlar”ın 100 milyon avro ödəməyə hazır olduğu bildirilir.

26 yaşlı oyunçunun “kral klubu” ilə sözləşməsi 2029-cu ilin yayına kimidir.