“Valensiya”da baş məşqçi Ruben Baraxa ilə müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.
Baraxa 2023-cü ilin fevralından “yarasalar”ı çalışdırır. Komanda ötən mövsümdə La Liqanı 9-cu sırada bitirib.