')

Bu gün:


FutbolPress.Az | 5 çempionluq, 1 ulduz - PFL-dən qərar

5 çempionluq, 1 ulduz - PFL-dən qərar


oxunma sayı: 353 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatması olub.

Mərasimdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın "Şerif" klubunu mübarizədən kənarlaşdıraraq "play-off"a yüksələn "Qarabağ" klubunu təbrik edib: “Dünən “Qarabağ” tarixi uğura imza atdı. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.

O, daha sonra 5 dəfə çempion olan komandanın loqosuna ulduz əlavə edə biləcəyini söyləyib: “Belə bir qərara gəldik ki, bir komanda əgər 5 dəfə çempion olubsa, o komandanın loqosunda ulduz yer ala bilər. Bundan sonra hər komanda  loqosunda ürəyi istədiyi qədər ulduz yerləşdirə bilməyəcək”


oxunma sayı: 353 | Paylaş:




?>