')

Bu gün:


FutbolPress.Az | "Sabah"ın klub proqnozu (MİNİ REPORTAJ)

"Sabah"ın klub proqnozu (MİNİ REPORTAJ)


oxunma sayı: 915 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının II turunda "Sabah" "Sumqayıt"ı qəbul edirdi. 1:4 məğlub olduqları ev oyununda ev sahibi meydandakı qonaqları "qane etsə" də, media üçün şəraitin ürəkaçan olmadığını reportajımızda qeyd etmişdik.

"Qəbələ" ilə ev oyununda klubun   nöqsanların həlli üçün sürətlə işlədiyi göründü. İnternet sürəti lazımi səviyyədə, yeri dəyişdirilmiş, meydançaya daha yaxIn qurulan və rahat media-sektor hazırlanıb, hətta jurnalistlərçün kofe-breyk də təşkil edilmişdi.

Bunlar "Sabah"ın klub kimi formalaşması üçün atılması lazım olan bəsit ilkin addımlardan idi ki, qeyd etmişdik - həll ediblər. 

Klubun xoşagələn formalarından biri də budur ki, təmərküzləşmə üçün addım atırlar. Məsələn, stadionun "Əlincə" FK-ya məxsusluğu artıq daha az hiss olunmaqdadı. Bircə reklam şitlərindəki köhnə reklam posterlərinin yığışdırılıb, yeniləri varsa, onlarla əvəzlənməsi də baş tutsa, yaxşı olar.

Təşkilati işlər əvvələ baxanda xeyli xəttə düşüb.


Oyun barədə qeydimizdə isə bildirmişdik ki, böyükhesablı məğlubiyyətə baxmayaraq, baş məşqçi Elşad Əhmədov komandasından narazı qalmadı - bir az qəribə göründü. "Daha belə olmayacaq" vədi vermişdi və "görərik" deyib, gözləmişdik.
"Qəbələ"yə qarşı oyun - 1:0 hesablı qələbə, komandanın formalaşmaqda olan və xoşagələn oyun üslubu alqışlanasıdır. Eləcə də Elşad Əhmədovun peşəkar yanaşması.  Əhmədov haqlı imiş, "Sabah" bərabər mübarizə apardı, yalnız ikinci hissədə Məqsəd İsayevin "qırmızı" almasıyla azlığa düşən "futuristlər" rəqibin zəhmi qarşısında aciz görünməyə, axsamağa başladı. Lakin bu üstünlükdən də yararlana bilməyən "Qəbələ" tərəfi belə TPL debütantının uğurlu  çıxışını təbrik etdi.

Bu gün "Sabah" belə görünür. Sabah necə olacaq; görərik...

Elçin Cəlilov


oxunma sayı: 915 | Paylaş:




?>