Vəli İsrafilov Paris-2024 Paralimpiya Oyunlarında

Paralimpiya, dünya və Avropa çempionumuz Vəli İsrafilov Paris Paralimpiadasında çıxış edəcək.

Futbolpress.az xəbər verir ki, Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxaq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

Paraüzgüçümüz Fransanın paytaxtında SB13 kateqoriyasında 100 metr məsafədə brass (qurbağa) üsulda mübarizə aparacaq.