Üzgüçülük federasiyasında yeni təyinat

Bu gün Azərbaycan Üzgüçülük federasiyasında icraiyyə komitəsinin növbəti iclası baş tutub.

Futbolpress.az xəbər verir ki, federasiyasının 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, qarşıda nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə idmançılarımızın iştirakı müzakirə olunub.

Gündəlikdə olan digər bir məsələdə federasiyanın vitse prezidentinin seçilməsi idi. Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev vitse prezident vəzifəsinə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb.

Müzakirələrdən sonra komitə üzvləri Tamerlan Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.

Məlumat üçün bildirək ki,  Abdullazadə federasiyanın baş katibinin müavini vəzifəsində çalışırdı.