“Uyğun bir tarix tapa bilsək, niyə oynamayaq?”

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” Rusiya klubları ilə yoldaşlıq oyunu keçirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun kommersiya direktoru Jordi Durante “Matç TV”yə açıqlamasında deyib:

“Rusiya komandaları ilə yoldaşlıq görüşlərinin keçirilməsi variantını müzakirə etdik, lakin təqvimə görə bunu etmək çətindir. Uyğun bir tarix tapa bilsək, niyə oynamayaq?”