“Uşaqlar buna layiqdirlər” – Xabi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın buna layiq olduğunu deyib:

“Final üçün şadıq. Bir həftə ərzində iki final oynamalıyıq. Xarakter göstərdik, geridönüş etdi. Oyundan sonra futbolçuların gözlərinin içinə baxdım və gördüm ki, daha artığını istəyirlər. Üç titul qazanmaq şansımız var. Uşaqlar buna layiqdir”.

Bundesliqada çempionluğunu rəsmiləşdirən “Bayer” Almaniya Kubokunda və Avropa Liqasında finala yüksəlib.