Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Futbolpress.az xəbər verir ki, +100 kq-da mübarizə aparan idmançı 1/4 finalda Minyon Kim ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb.
Uşanqi təsəlliverici oyuna çıxacaq.