“Spartak”ın hücumçusu Manfred Uqalde Rusiya çempionatları tarixinin yeni rekorduna imza atıb.
Futbolpress.az xəbər verir ki, uruqvaylı forvard ardıcıl üç oyunda 8 qol vurmağı bacaran ilk oyunçu olub. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Uqaldeyə qədər üç oyunçu çempionatda ardıcıl 3 görüşdə 7 qol vurmuşdu.
Uruqvaylı hücumçu bu ilin yanvarından “Spartak”da çıxış edir. Onun müqaviləsi 2028-ci ilin yayına kimidir. O, bu mövsüm 21 oyunda 15 qol vurub.