Uolker “Mançester Siti”dən ayrıla bilər

“Mançester Siti”nin futbolçusu Kayl Uolkerın klubdakı gələcəyi məlum olub.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı oyunçu müqaviləsinin sonunda “şəhərlilər”dən ayrılmaq və yetirməsi olduğu “Şeffild Yunayted”ə keçmək niyyətindədir. Bu barədə “TalkSport” portalı məlumat yayıb.

Uolker bu mövsüm 11 oyunda meydana çıxıb. Onun müqaviləsi 2026-cı ilin yayına kimidir.