“Ümidliyik, AFFA-dan ədalətli qərar gözləyirik”

“Araz Saatlı” Azərbaycan I Liqasında 2023/2024 mövsümünü 13 xalla sonuncu – 10-cu sırada bitirib.

Komanda reqlamentə əsasən, çempionatı tərk etməli və yeni mövsümdə II Liqada mübarizə aparmalıdır. Klubun prezidenti Ədalət Abdullayev “FutbolPress“ə açıqlamasında I Liqada qalmağa ümidli olduqlarını bildirdi:

“Çempionat yekunlaşdı, amma mövsüm bitməyib. Ümidliyik, AFFA-dan ədalətli qərar gözləyirik. Lisenziyalaşdırma komissiyasının iclasından sonra hədəf və dəyişikliklər haqqında danışmaq olar”.

“Araz Saatlı” 2023/2024 mövsümündən I Liqada iştirak edir.