“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” – Mikels

“Sabah”ın futbolçusu Coy-Lens Mikels sabah Konfrans Liqasının III təsnifat mərhələsində “Sent Patriks”ə (İrlandiya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, alman hücumçu matçla bağlı bunları deyib:

“Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, rəqibə çətinlik yaradaq. Yaxşı hazırlaşmışıq və ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik”.

Sabah keçiriləcək “Sent Patriks” – “Sabah” oyunu saat 22:45-də başlayacaq.