“Ümid edirəm ki, rəqibə çətinlik yaşada biləcəyik”

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası Çempionlar Liqasının ilkin mərhələsində Avstriyanın “Sankt-Polten” klubu ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi rəqiblə bağlı bunları söyləyib:

“Kifayət qədər ciddi və təcrübəli rəqibdir. Onlar illərdir, bu mərhələdə oynayırlar. Çempionlar Liqasının qrup mərhələlərində oynayıblar. Ümid edirəm ki, həmin matçlara qədər yaxşı hazırlaşıb, rəqibə çətinlik yaşada biləcəyik.

“Sankt-Polten” ağıllı rəqibdir. Lakin futboldur, hər şey ola bilər. Vacib məqam həmin oyuna qədər tam hazır olmaqdır. Biz rəqibi, onlar da bizi təhlil edəcək. İnşallah, tam hazır olarıq”.