“Ümid edirəm, Avropa çempionu olarıq”

İspaniya millisinin futbolçusu Pedri Avro-2024-də Almaniya ilə qarşılaşacaqları 1/4 final oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçla bağlı bunları deyib:

“Özümü yaxşı və rahat hiss edirəm. Bütün qəlbim yığmadadır. Ümid edirəm ki, Avropa çempionu olarıq. Komandamız buna qadirdir”.

Pedri zədə səbəbindən Avro-2024-ü buraxır. İspanlar 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.