“Ümid edirəm, yenidən görüşəcəyik” – Salah

“Liverpul”un futbolçusu Məhəmməd Salah baş məşqçi Yurgen Kloppla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, misirli hücumçu sosial şəbəkə hesabında komandadan ayrılan mütəxəssis haqda bunları yazıb:

“Son yeddi ildə komandanın bütün uğurlarını və təcrübəsini sizinlə bölüşmək gözəl oldu. Gələcəkdə sizə uğurlar arzu edirəm. Ümid edirəm, yenidən görüşəcəyik”.

Klopp “Liverpul”la müddəti başa çatan müqaviləsini uzatmayıb.