“Ümid edək ki, “Neftçi” bu dəfə transferlərdə səhvlər etməyəcək”

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” burada 3 yoxlama oyunu keçirib. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Super Liqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib, I Liqa komandası “Erzurumspor”la isə heç-heçəyə (0:0) razılaşıb.

Paytaxt klubunun sabiq baş məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında komandada canlanma olduğunu bildirdi:

“Neftçi”də canlanma hiss olunur. Yeni baş məşqçi gəlib və komanda sirli qutu kimi görünür. Düzdür, oyunlarına baxa bilməmişik, amma hiss olunur ki, transferlərlə də çalışırlar ki, boşluqlar qapadılsın. Oyunçuların göstəriciləri də yaxşı olduqlarına işarədir. Amma necə olacağını çempionatda görəcəyik. Ümid edək ki, “Neftçi” bu dəfə transferlərdə səhvlər etməyəcək. İndiki məqamda ancaq gözləmək və görmək lazımdır”.

“Neftçi” Premyer Liqada 2024/25 mövsümünün ilk turunda “Turan Tovuz”u qəbul edəcək. Avqustun 3-də keçiriləcək görüşə saat 18:30-da start veriləcək.

Şahin Cəfərov