“Ulduz futbolçuya böyük məbləğ verib gətirmək fikrimiz yoxdur”

Belçikalı futbolçu Raca Naynqqolanın adı “Karvan”la hallanır.

Bölgə təmsilçisinin baş məşqçisi Kənan Kərimov “FutbolPress“ə açıqlamasında transferlə bağlı son durumu açıqladı:

“Düzdür, Nainqqolanın adı keçib. Amma futbolçunun transfer qiyməti var. İndiki halda, ulduz futbolçuya böyük məbləğ verib, gətirmək fikrimiz yoxdur. Oyunlarımıza köklənmişik”.

Son klubu İndoneziyada “Bayanqkara” olan 36 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Roma”, “İnter” kimi komandalarda forma geyinib. Raca Belçika yığmasında 30 oyunda 6 qol vurub.

Şahin Cəfərov