Ukraynalı hücumçu “Milan”a keçə bilər

“Jirona”nın və Ukrayna millisinin futbolçusu Artem Dovbık karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” 27 yaşlı forvardın xidmətində maraqlıdır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Dovbık ötən mövsüm La Liqada 36 oyunda 24 qol vurub. Onun “transfermarkt”da dəyəri 35 milyon avrodur.