“Çernomerets”in futbolçusu Volodimir Salyuk karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı müdafiəçi “Neftçi”nin diqqət mərkəzindədir. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Ağ-qaralar”ın yeni baş Roman Qriqorçuk daha əvvəl “Çernomerets”də işləyib və keçmiş tələbəsini “Neftçi”də görmək arzusundadır. Transferin baş tutub-tutmayacağı isə sual altındadır.
Salyuk “Çernomerets”də 64 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.