Ukraynalı “Arsenal”dakı gələcəyindən danışıb

Ukraynalı futbolçu Oleksandr Zinçenko “Arsenal”dakı taleyindən danışıb.

Futbolpress.az xəbər verir ki, “The Standard” nəşrinə danışan cinah oyunçusu bunları deyib:

“Düzü, hələ bilmirəm. Bilsəydim, danışardım. Mövsümün sonuna qədər hələ var. Futbolda nəyin baş verəcəyini bilmirsən. “Arsenal” kimi gözəl klubun bir parçası olduğum üçün xoşbəxtəm”.

Zinçenko bu mövsüm 17 oyunda 1 qol vurub.