Ukrayna millisinin hücumçusu türklərlə razılaşdı

“Şaxtyor”un hücumçusu Daniil Sikan karyerasını Türkiyədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Trabzonspor” 23 yaşlı futbolçu ilə razılaşıb. Bu barədə Sikan özü açıqlama verib. Futbolçu yaxın günlərdə Türkiyə təmsilçisi ilə rəsmi müqavilə imzalayacağını bildirib.

Daniil bu mövsüm 18 oyunda 4 qol vurub. O, Ukrayna millisinin də hücumçusudur.