Uğursuz qış transferləri: iki futbolçu yol üstündədir

“Turan Tovuz”un qış transfer dönəmində heyətinə qatdığı Anton Kraçovski ümidləri doğrultmadı.

Rusiyanın “Dinamo Mahaçqala” klubundan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi cəmi 3 oyunda 34 dəqiqə şans qazanıb. O, nə qol vurub, nə məhsuldar ötürmə edib. Tovuzun uğursuz transferi mövsümün sonunda klubu “Dinamo”ya qayıdacaq.

“Turan Tovuz”un uğursuz qış transferlərindən biri də Orxan Əliyevdir. İlin əvvəlində “Kəpəz”dən ayrılan və Tovuz təmsilçisinə keçən 29 yaşlı hücumçu komandada keçirdiyi 7 oyunda 1 məhsuldar ötürmə müəllifi olub. Müqaviləsi yaya kimi olan Əliyevin də gedəcəklər sırasında olacağı gözlənilir.

“Turan Tovuz” Premyer Liqada 32 turdan sonra 49 xalla 4-cü sıradadır.