UEFA reytinqində “Qarabağ” fərqi

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, çempion “Qarabağ” son beş mövsümdə qazanılan nəticələrə görə 32 000 xalla 69-cu sırada qərarlaşıb. “Atlılar” siyahıda Almaniyanın “Frayburq”, İngiltərənin “Nyukasl”, “Lester”, “Brayton” kimi komandalarından öndədir.

“Neftçi” siyahıda 8 000 xalla 187-ci pillədədir. “Zirə” (4,000 xal) 318-ci, “Sabah” (4,000 xal) 319-cu, “Sumqayıt” (4,000 xal) 323-cü, “Qəbələ” (3,000 xal) 337-ci, əvvəllər “İnter” və “Keşlə” adları ilə fəaliyyət göstərmiş “Şamaxı” (2,500 xal) isə 338-ci yerdədir.

Siyahıya 143 500 xalla “Real” başçılıq edir.