UEFA “Real”ı cərimələdi

UEFA “Real” klubunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin fanatlarının Çempionlar Liqasında “Mançester Siti” ilə görüşdə irqçi şüarlar səsləndirməsi olub.

UEFA “kral klubu”nu 30 min avro məbləğində cərimələyib.

“Real” hər iki oyunda “Mançester Siti”ni məğlub edib (3:2, 3:1) və 1/8 finala yüksəlib.