UEFA prezidenti bu təklifi bəyənmədi

UEFA prezidenti Aleksandr Ceferin 2030-cu ildə keçiriləcək klublararası dünya çempionatından danışıb.

Futbolpress.az xəbər verir ki, o, iştirak edəcək komandaların sayının eyni vaxtda 48-dən 64-ə çatdırılması ideyasını belə şərh edib:

“Bu təklif məni sizdən çox təəccübləndirdi. Düşünmürəm ki, bu, dünya çempionatı və ya seçmə turnirlərimiz üçün çox yaxşı fikirdir. Mən bu fikri dəstəkləmirəm.

Bunun haradan gəldiyini bilmirəm, amma maraqlısı odur ki, FİFA Şurasına tövsiyə olunana qədər bu haqda heç nə bilmirdik”.