UEFA “Barselona”nın baş məşqçisi Xavi və müdafiəçi Serxio Robertonu cəzalandırıb.
Futbolpress.az xəbər verir ki, buna səbəb onların Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə ev oyunundakı qeyri-etik davranışlarıdır.
Roberto və Xavi hakimi təhqir etdiyi üçün iki oyunluq diskvalifikasiya edilib. Klubun qapıçı məşqçisi Xose Ramon de la Fuentə isə bir oyunluq cəzalanıb.
“Barselona” həmin görüşdə PSJ-yə 1:4 hesabıyla uduzaraq, turnirdə mübarizəni dayandırmışdı.