UEFA ispanları cəzalandırdı

UEFA-nın Nizam-İntizam komitəsi İspaniya millisinin iki futbolçusunu səsləndirdikləri siyasi şüarlar səbəbilə cəzalandırıb.

Futbolpress.az “Marca” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Rodri və hücumçu Alvaro Morata Madrid şəhərində komandalarının Avropa çempionluğunu qeyd edərkən “Cəbəllütariq İspaniyadır!” kimi siyasi şüarlar səsləndiriblər. Bu səbəblə hər iki oyunçu UEFA tərəfindən diskvalifikasiya olunublar. Morata və Rodri eyni zamanda 1 oyunluq cəza alıblar.

İspaniya millisi finalda İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək tarixi ərzində 4-cü dəfə Avropa çempionu olub. Onlar bu göstəricidə rekorda yiyələniblər.