“Ludoqorets”in futbolçusu Olivye Verdon bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la oyun haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu görüşdən gözləntilərini söyləyib:
“Qələbə qazanmaq həmişə daha yaxşıdır. Bilirik ki, cavab oyunu Razqradda olacaq. Ona görə ilk oyunda uduzmamaq bizimçün yaxşı nəticə olacaq. Daha sonra Bolqarıstanda işimizi görməliyik”.
Oyun saat 20:00-da başlayacaq.