“Üçlük”də mübarizə davam edir

Azərbaycan Premyer Liqasında 29 tur geridə qalıb. Lider “Qarabağ” ən yaxın izləyicisi “Zirə”ni 15 xal qabaqlayır və sona 7 tur qalmış zirvəni əldən verəcəyi inandırıcı deyil.

İndiki məqamda əsas mübarizə 2 və 3-cü yerlər uğrundadır. “Qartallar” 55 xalla gümüş medallara daha yaxın namizəddir. Lakin ən yaxın izləyicisi “Araz-Naxçıvan” onlardan 4 xal geridədir. Sona hələ var və bir-iki oyunda xal itkiləri yaşanacağı halda, mövqe təhlükə altına düşə bilər. Xüsusilə son turda “Zirə”nin “Qarabağ”a məğlubiyyətindən sonra “Sumqayıt”a qalib gələn “Araz-Naxçıvan” ikinci pillə üçün iddiasını davam etdirdi.

Elmar Baxşıyevin yetirmələri üçüncü pillədə şəriksizdir. Ən yaxın izləyicisi “Turan Tovuz”u 7 xal qabaqlayan naxçıvanlıların sona 7 tur qala bu mövqeni əldən verməsi ehtimalı azdır. Bu mövsüm intizamı ilə seçilən kollektiv xüsusən müdafiədə etibarlı oyunuyla fərqlənir.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə”nin növbəti oyunları:

Neftçi – səfər
Sumqayıt – ev
Kəpəz – səfər
Turan Tovuz – ev
Səbail – səfər
Sabah – ev
Araz-Naxçıvan – səfər (son tur)

“Araz-Naxçıvan”ın növbəti oyunları:

Kəpəz – səfər
Turan Tovuz – ev
Səbail – səfər
Sabah – ev
Qarabağ – səfər
Şamaxı – səfər
Zirə – ev.

“Zirə” və “Araz-Naxçıvan”ın qalan turlarda 4 səfər, 3 ev oyunu var. Mübarizə az xallıq fərqlə son tura qədər çəksə, komandaların sonuncu görüşləri xüsusi maraqlı alınacaq.

Şahin Cəfərov