U-21 Slovakiya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Slovakiyadan olan həmyaşıdları ilə qarşılaşacaq. Bratislavada keçiriləcək görüşə saat 20:30-da start veriləcək.

U-21 növbəti sınaq matçını iyunun 11-də Bakıda bolqarlara qarşı keçirəcək.