“Bavariya”nın baş məşqçisi Tomas Tuxel açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis klubla danışıqların bitdiyini və yayda Münhen təmsilçisindən ayrılacağını deyib:
“Bavariya”nın baş məşqçisi kimi son mətbuat konfransımdır. Danışıqlarımız oldu, razılaşa bilmədik. Ona görə də, daha əvvəl qbəul etdiyimiz qərarda qaldıq – ayrılacam”.
Daha əvvəl Tuxelin klub rəhbərliyi ilə danışıqlar apardığı və komandada qalmaq ehtimalının olduğu bildirilirdi.
“Bavariya” Bundesliqada sona bir tur qalmış 72 xalla ikinci sıradadır.