Tuxel: “Qnabri “Real”a qol vuracaq”

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la ilk oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis hücumçu Serj Qnabrinin qol vura bilməməsindən söz açıb:

“Bu, hələ ilk oyun idi. Qnabri “Real”a mütləq qol vuracaq. Madriddə cavab oyunu olacaq. İnanıram ki, Qnabri orada fərqlənəcək”.

Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 2:2. Cavab görüşü mayın 8-də Madriddə keçiriləcək.