Tuxel milliyə rəhbərlik edə bilər

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel İngiltərə millisinə rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İngiltərə Futbol Assosiasiyasının nümayəndələri ilə danışıqlar aparır. Bu barədə “Welt” nəşri məlumat yayıb.

Tuxelin son ünvanı “Bavariya” olub. Alman mütəxəssis daha əvvəl “Çelsi”, PSJ və Dortmund “Borussiya”sında işləyib.

İngiltərə yığmasına Li Karsli rəhbərlik edir.