İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuxel olacaq.
Futbolpress.az xəbər verir ki, yerli futbol assosiasiyası yaxın zamanda təyinatı bildirəcək.
İngiltərə mətbuatı alman mütəxəssisin millidəki maaşını da açıqlayıb. O, yığmada 4,5 – 5 milyon funt-sterlinq qazanacaq.
Tuxelin son ünvanı “Bavariya” olub. O, daha əvvəl Dortmund “Borussiya”sı, PSJ, “Çelsi” kimi klublarda işləyib.
İngiltərə millisinə hazırda Li Karsli rəhbərlik edir.