Sudan təmsilçisi “Əl Hilal” Afrika Çempionlar Liqasının A qrupunda Əlcəzairin “Alger” klubu ilə heç-heçə edib – 1:1.
Futbolpress.az xəbər verir ki, “Əl Hilal”ın bərabərlik qolunu Jan Klaud Qirumuqişa vurub. Komanda bu qol sayəsində xallarını 10-a çatdırıb və qrupdan çıxmağı təmin edib.
“Əl Hilal” rəsmiləri burundili forvarda vurduğu qola görə 100 dollar mükafat verib. Forvard pulla fotosunu sosial şəbəkədə paylaşıb və bunu xüsusi hədiyyə adlandırıb.