Avro-2024-ün 1/4 final mərhələsində keçirilən Niderland – Türkiyə oyununun ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, “narıncılar”ın müdafiəçisi Stefa De Vreydir. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Niderlandlı oyunçu ikinci hissədə komandasının birindi qoluna imza atıb. O, matçda 9,2 km məsafə qaçıb.
Niderland Türkiyəni 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib.