Türkiyənin oyunu fransalıya tapşırıldı

Avro-2024-ün 1/4 final mərhələsində keçiriləcək Niderland – Türkiyə oyununun hakimi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, iyulun 6-da Berlində baş tutacaq görüşü Kleman Turpin idarə edəcək.

Fransalı referi buna qədər 6 dəfə Türkiyə təmsilçilərinin oyunlarını idarə edib. Komandalar bu görüşlərdə 4 qələbə qazanıb, 1 dəfə uduzub.

Turpin bir dəfə Türkiyənin əsas yığmasının oyununa təyinat alıb və həmin görüş (red-Qazaxıstanla oyun) “ay ulduzlular”ın qələbəsiylə başa çatıb.