Türkiyəli hücumçu La Liqaya qayıda bilər

“Bornmut”un futbolçusu Enes Ünal karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Sevilya” və “Xetafe” türkiyəli hücumçunun xidmətində maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqa klubları qış fasiləsində 27 yaşlı forvardı icarəyə götürmək istəyir.

Enes ötən yay “Xetafe”dən “Bornmut”a keçib. O, bu mövsüm 9 oyunda 1 qol vurub.