“Renn”in futbolçusu Bertuğ Yıldırım karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı hücumçu “Xetafe”nin diqqət mərkəzinə düşüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə La Liqa klubunun futbolçu üçün rəsmi təklif göndərdiyi bildirilib.
2023-cü ilin yayından “Renn”də çıxış edən türkiyəli hücumçu 28 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.